açıq dərs

 Kimya kafedrasının müəllimi Firəngiz Asəf qızı Əlizadənin Kimya II kurs tələbələrinə  Analitik kimya-1 fənnindən “V qrup kationlarının xüsusi reaksiyaları” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kimya kafedrasının müdiri dos.A.Məmmədova, dekan müavini fəx.prof.M.Həsənov, dos.M.Rzayeva, dos.S.İbrahimli, b/m.L.Namazova, b/m.A.Zeynalova, b/m.V.Əliyeva,  b/lab. A.Bayramova, lab.G.Hacıyeva iştirak etmişlər. Müəllim Firəngiz Əlizadə tələbələrdən V qrup kationlarına aid təcrübə işlərini fərdi şəkildə təhvil aldı. O, tələbələrə təcrübələrdə baş verən dəyişikliklərlə əlaqədər suallar və yoxlama testlər verməklə qiymətləndirmə apardı. Ümumilikdə dərs yüksək səviyyədə yerinə yetirildi.