26 DEKABR-AZƏRBAYCANDA MATƏM GÜNÜDÜR

Dekabrın 25-də Bakı–Qroznı reysinin sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdır. Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalamışdır.

Qəza nəticəsində çox sayda insan həyatını itirmişdir. Qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!