

27 dekabr 2024-cü il tarixdə fakültə Elmi şurasının iclası oldu. İclas başlamamışdan öncə əməkdaşlar dekabrın 25-də Bakı–Qroznı reysinin sərnişin təyyarəsinin qəzasında həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Elmi Şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. Fakültədə 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti. 2. İxtisaslar üzrə 2024-2025-ci tədris ilinin I yarısına planlaşdırılan dərs saatlarının icra vəziyyəti. 3. Fakültənin ixtisas kafedralarında fənlərin tədrisi metodiki təminatı və elektron avadanlıqlardan istifadə olunma vəziyyəti. 4. Tələbələrin mənimsəmə və fəaliyyət göstəricilərinə dair kafedraların aylıq hesabatlarının yekunlaşdırılma vəziyyəti. 5. İkili diplom layihəsi üzrə nəzərdə tutulan məsələlərin icra vəziyyəti. 6.Rektorluğun payız imtahan sesiyasının mütəşəkkil keçirilməsi haqqında əmrindən irəli gələn vəzifələr. 7. Ekologiya mühəndisliyi ixtisasında (050606) ixtisas fənni “Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı” və ali məktəb tərəfindən müəyyən edilən “Sənaye və məişət tullantılarının təkrar emalı” fənlərinin tədrisi ilə bağlı akkreditasiya komissiyasının təklifinin həllinə dair. 8. Fakültənin 2023-2028-ci illər üçün strateji plan və fəaliyyət planına daxil edilən məsələlərin icrası haqqında. 9. Prof.müəllim heyətinin seçkisi. 10.Cari məsələlər
