
Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər.
Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. Mediatur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahanlara ictimai baxış keçiriblər. Sonda mediatur iştirakçıları imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər.
