
Universitetdə 6 yanvar 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb. Yanvar ayının 23-dən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib. İmtahan sessiyasının 31 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur. Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə isə 03-14 fevral 2025-ci il tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.
