Gəncə Dövlət Universitetində “2 Fevral Gənclər Günü” münasibətilə tədbir keçirildi

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımız uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə Gənclər gününün qeyd edilməsi tarixindən, gənclərin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Dövlət Gənclər siyasətinin rolundan geniş bəhs etdi. Daha sonra Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə çıxış etdi.

Tədbirdə GDU-nun digər fakültələrinin tələbələri ilə yanaşı Kimya-biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının tələbələri Rzayeva Günel Vahid qızı və Əzizli Əziz Valeh oğlu da Fəxri Fərmanla təltif olundular.