Anatomiya, fiziologiya və zoologiya kafedrasının “İnsan və heyvan fiziologiyası” ix­­ti­sası üzrə doktorantı Aytac Məmmədovanın “Termostress zamanı Texas albinos bildirçinlərinin homeostazının öyrənilməsi və tənzimlən­məsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi

GDU Publik Hüquqi Şəxsin Kimya-biologiya fakültəsinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının – 2411.01- “İnsan və heyvan fiziologiyası” ix­­ti­sası üzrə Fəlsəfə Doktoru Proqramı əsasında sabiq doktorant Məmmədova Aytac Yasin qızının “Termostress zamanı Texas albinos bildirçinlərinin homeostazının öyrənilməsi və tənzimlən­məsi” mövzusunda biolo­giya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirildi. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tələblərinə uyğun müzakirənin təşkili üçün kafedra əməkdaşları və digər kafedraların professor-müəllimləri də müzakirədə iştirak üçün dəvət edilmişdir. İclasın sədri Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri prof.Vəfa Fərman qızı Məmmədova, katibi isə Lalə Rəşid qızı Abdullayeva oldu. İclasda doktorantın elmi rəhbəri ADAU PHŞ  Gigiyena və qida təhlükəsizliyi kafedrasının a.e.d., professoru Tağıyev  Arif  Əlirza oğlu və GDU PHŞ Anatomiya, fiziologiya və zoologiya kafedrasının ikinci elmi rəhbəri b.ü.f.d. dosent Tükəzban Vaqif qızı Rüstəmova iştirak etdilər. İclasda dəvət olunan  üzvlər Anatomiya və yolux­ma­yan daxili xəstəliklər kafedra­sının do­senti İsgəndərov Telman Bayram oğlu, dos. Fərzəliyev Vamik  İmamverdi oğlu, Epizolotologiya, mikrobiologiya və parazitologiya kafedrasının a.e.ü.f.d. baş müəllimi Məmmədov Ramil Telman oğlu, Gigiyena və qida təhlükəsizliyi kafedrasının baş müəllimi Hüseynova Aytən Aydın qızı, GDU-nin PHŞ Kimya-biologiya fakültəsinin dekanı kimya elmlər doktoru, professor Alverdiyev İsfəndiyar Cavid oğlu, Botanika  kafed­ra­­sının  müdiri, AMEA­-nın müxbir üzvi, b.e.d., professor Novruzov Vaqif  Seyfəd­din oğlu, dosenti Aslanova Yeganə Azad qızı, Ekologiya və təbiəti mühafizə ka­fed­ra­sının müdiri, b.e.d., pro­fes­sor Əhmədova Sevda Zahid qızı, Botanika kafedrasının fəxri professoru Həsənov Mirzə İsmayıl oğlu, Kimya kafed­ra­­sı­nın müdiri, dosenti Məmmədova Aynur Teyyub qızı, dosenti  Rzayev Mətanət Firuddin qızı, doktorantura şöb.müd. Vəliyev Maqsud Rauf oğlu və Anatomiya, fiziologiya və zoologiya kafedrasının əməkdaşları iştirak etdilər.

Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Dünyada son dövrlərdə ərzaq çatış­ma­­­maz­­lığı ilə külli miqdarda insanlar çətinliklə qarşılaşırlar. İnsanların ətə olan tələbatı 2024-cü ildə iki dəfədən artıq art­mışdır. Bunu  nəzərə ala­raq, alimlər bitki mənşəli ət yaratmış və həmin ətlərin gələ­cək 10 illikdə 140 mil­­­­­­­­yon dollarlıq istehsal olunacağını göstərirlər. ABŞ-da IMPOSSİBLE-foods fir­ma­­­sı bitkilərdən ət hazırlayan müəssisədə il ərzində milyon ədəd burger hazırlama­ğı qar­şı­ya məqsəd qoyub. Hal-hazırda insanların ətə olan tələbatının ödənil­məsində quş ətinin istehsalı bi­rin­­ci yeri tutur. Buna görə quşçuluq bütün ölkələrdə şəxsi təsərrüfatlarla yanaşı sə­na­­­ye əsasında da inkişaf etdirilir. Toyuqkimilər dəstəsinin, əsl toyuqkimilər yarımdəstə­sinin, qırqovulkimilər fəsiləsindən olan bildirçin cinsi ən çox ABŞ-da, Fransada, İn­giltərədə, Yaponyada əhalinin ətə olan tələbatının bir hissəsini təmin edir.

Tədqiqatın elmi yeniliyi. Respublikamızda ilk dəfə olaraq ətlik istiqamətli “Texas albinos” və “Faraon” cinsli bildirçinlərin yüksək temperatur şəraitində saxla­nıl­ması zama­nı homeostazda əmələ gələn dəyişikliklər müəyyənləşdirilmiş, tempera­tur stressinin qar­şı­­sının alınma yolları işlənib hazırlanmışdır. Homeostazda əmələ gələn patoloji dəyişikliklərin qarşısını almaq üçün hər başa düşən hava mübadiləsi müəyyənləşdiril­mişdir. Bildirçinlərin tempera­tur stressi zamanı onların stressdə oldu­ğuna vaxtında diaqnoz qoymaq üçün biomarkerlərdən də istifadə edilmişdir.

Aytac Yasin qızı Məmmədova 15 elmi işin müəllifidir. Bunlardan, 2-si xaricdə olmaqla 5 məqalə, 2 –si xaricdə olmaqla 7 konfrans materialı, 1 metodik göstəriş və 1 informasiya vərəqi nəşr olunmuşdur.