

Ekoklub GDU Kimya-biologiya fakültəsinin daxilində fəaliyyət göstərən ətraf mühitin qorunması ekologiyanın vacibliyinin və o cümlədən gənc nəsilə Ekologiya və təbiət sevgisini aşılamaq üçün yaradılan könüllü tələbə birliyidir. Ekoklubun yaradılması üçün ilk addımlar fakültəmizin 2 intelektual tələbəsi tərəfindən atılmışdır. Kimya-biologiya fakültəsinin tələbələrinin bilik və bacarıqlarının formalaşdırılması, həmçinin elmi fəaliyyətlərinin yüksəldilməsi məqsədilə “Ekoklub” yaradılmışdır və “Ekoklub”un işinin icrasına nəzarət Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadəyə və Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədovaya həvalə olunmuşdur. “Ekoklub”u Ekologiya ixtisasının II kurs tələbəsi İsgəndərova Zəhra Vüsal qızı və Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbəsi Hacıyev Mirfəqan Vüqar oğlu təsis etmişdir.
GDU Publik Hüquqi Şəxs 06.02.2025-ci il tarixli 5/53 saylı əmri ilə Ekoklubun fəaliyyəti tam rəsmiləşibdir.
