Ekoklubun təşkil etdiyi fakültədə tələbələrin iştirakı ilə peşəkar təlimçi Sübhan Bəylərzadə tərəfindən keçirilən “İş və həyat balansı” adlı seminar

19.02.2025-ci il tarixində saat 1200-da “Ekoklub”-un Ekologiya və təbiəti mühafizə kafedrasında açılışı keçirildi. Açılışa beynəlxalq sertifikatlı karyera məsləhətçisi, Təkamül Akademiya MMC-nin təsisçisi və direktoru, şəxsi inkişaf üzrə mentor Sübhan Bəylərzadə dəvət olunmuşdur. Təxminən bir saatdan artıq davam edən görüşdə Sübhan Bəylərzadə tərəfindən tələbələrə uğurlu karyera qurmağın yolları barədə ətraflı məlumat verildi. Məruzəçi sonda aktiv tələbələri mükafatlandırdı və şəxsi karyeralarını qurmaqda onlara yaxından köməklik göstərəcəyini vurğuladı.