Ekoklub Könüllü tələbə birliyinin  təşkilatçılığı ilə “Təkrar Emal nədir” mövzusunda seminar təşkil edildi

Ekologiya və təbiəti mühafizə kafedrasının təsis etdiyi Ekoklub Könüllü tələbə birliyinin  təşkilatçılığı ilə “Təkrar Emal nədir” mövzusunda seminar təşkil olunub. Seminarda iki spiker və bir moderator çıxış edib: Ekologiya mühəndisliyi üzrə 1-ci kurs tələbəsi Rəşid İsmayılov, Kimya-Biologiya müəllimliyi üzrə 2-ci kurs tələbəsi Lalə Məmmədzadə və moderator olaraq Ekologiya üzrə 2-ci kurs tələbəsi Nərmin Tağıyeva.

Seminarın əsas məqsədi təkrar emalın ekoloji cəhətdən əhəmiyyətini və bu prosesin təbii resursların qorunmasına necə təsir etdiyini izah etmək olub. Spikerlər təkrar emalın ətraf mühitin qorunmasında və təbii sərvətlərin səmərəli istifadəsindəki rolunu vurğulayıb, həmçinin bu sahədə mövcud olan texnologiyalar və onların inkişafı haqqında məlumat veriblər.

Tədbirə Kimya-Biologiya Fakültəsinin dekanı prof. İsfəndiyar Alverdiyev, Ekologiya kafedrasının müdiri prof. Sevda Əhmədova, kafedranın professor müəllim heyəti uyğun ixtisas tələbələri və magistr tələbələri də qatılıb. Dekan, təkrar emal mövzusunun əhəmiyyətini qeyd edərək, bu cür tədbirlərin tələbələrin ekoloji məsələlərə daha dərindən yanaşmalarına kömək edəcəyini vurğulayıb. Tullantılarla bağlı layihənin keçirilməyinə məsləhətlər verib. Prof. Sevda Əhmədova tullantılarla bağlı təklif etdi ki, universitet üzrə müəyyən günlər təyin olunsun və maklaturanın yığılması üçün xüsusi yer təyin olunsun.

Seminarın sonunda çıxış edənlər təşəkkürnamə əldə ediblər. Həmçinin, tədbirdən sonra diskussiya aparılıb və iştirakçılar təkrar emalın təhsildə və cəmiyyətdə daha geniş şəkildə tətbiq olunması ilə bağlı bir neçə təklif irəli sürüblər.