professor Sevda Əhmədova tərəfindən “Canlılar və mühit əlaqəsi” mövzusunda Zoom Meeting vasitəsilə təlim keçirildi

25 fevral 2025-ci il tarixində GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova tərəfindən “Canlılar və mühit əlaqəsi” mövzusunda Zoom Meeting vasitəsilə təlim keçirilmişdir. Təlim zamanı Ekologiya niyə vacibdir, Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının fərqi nədir, bu ixtisasları bitirən tələbələr harada işləyə bilər və s. kimi məsələlərdən bəhs olundu. Daha sonra professor Sevda Əhmədova adı çəkilən ixtisasları bitirən məzunların uyğun ixtisaslar üzrə çalışdıqlarını və  iş yerləri haqqında məlumat verdi. Təlimə müxtəlif təşkilatlardan 78 nəfər (BDU, ADA, ADAU, UNEC, ADNSU, MDU, ATU və GDU) magistr və bakalavr pilləsinin tələbələri qoşulmuşdur. Sonda ixtisasla bağlı tələbələrin diskusiya şəklində sualları Sevda Əhmədova tərəfindən cavablandırılmışdır. Sonda S.Əhmədova iştirakçılara müraciət edərək təklif etdi ki, müxəlif universitetlərin tələbələri ilə birlikdə layihələr icra olunsa dövlətimiz üçün təqdirəlayiq bir hadisə olar.

26.02.2025-ci il tarixində isə tələbəmiz Mirfəqan Hacıyevin təsis etdiyi King Education Company MMC tərəfindən təlimçi Professor Sevda Əhmədova çıxış etdiyi üçün sertifikatla, iştirakçılar isə sertifikat və təşşəkkürnamə ilə təltif edildilər.