

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Könül Bayramovanın Biologiya ixtisasının I kursunda “Sitomorfologiya və histologiya” fənnindən “Sitomorfologiya və sitogenetika” mövzusunda açıq dərsi keçirildi. Dərs prosesi zamanı hüceyrə formaları, quruluşu izah olundu. Yeni ədəbiyyat məlumatlarına əsaslanaraq hüceyrə təsnifatı verildi. Müəllim mövzunu əhatə edən məlumat ardıcıllığı ilə tələbələrə yeni biliklər mənimsətdi. Sitogenetika bölməsinin əsası olan xromosomların morfologiyası, təsnifatı və gen qanunauyğunluqları tələbələrə çatdırıldı. Dərsdə tələbələr fəal iştirak etdilər. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri prof.V.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər.
