
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası 2 oktyabr-30 noyabr 2024-ci il tarixlərində Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayına həsr olunan tələbələr arasında “Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə elan etdi. GDU tərəfindən müsabiqəyə koordinator İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova təyin olundu. Universitetin tələbələri bu müsabiqəyə böyük maraq göstərib və 62 tələbə müsabiqə kursunu uğurla tamamlayaraq yekun imtahan üçün müraciət edib.
GDU-nun Kimya-biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Turan Məmmədova ən yüksək nəticə göstərərək ilk on beşliyə daxil olaraq 86.67 balla qalib olub. Həmçinin Kimya-biologiya fakültəsinin digər tələbələri Rəvan Namazlı, Aydan Məmmədova, Selcan Hüseynli və Aytac Mirzəyeva sertifikat və xatirə hədiyyələri ilə təltif olunublar.
Fakültə adından onları təbrik edir, gələcək təhsillərində onlara uğurlar arzu edirik!
