“Tullantısız istehsal proseslərinin yeraltı sərvətlərə tətbiqi” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti (attestatsız), b.ü.f.d. Qasımova Gültəkin Qasım qızının Ekologiya mühəndisliyi ixtisasının II kursunda “Tullantısız istehsal proseslərinin yeraltı sərvətlərə tətbiqi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof.Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etdilər. Açıq dərsdə mövzuya dair yeni elmi məlumatlar verilmiş, dərs fəallıq şəraitində keçilmişdir.