“Novruz bayramı” münasibətilə “Səməni” festivalı keçirildi

Novruz bayramı-Yeni Gün münasibətilə fakültəmizdə Səməni festivalı keçirildi. Festivala tələbələr və fakültənin professor-müəllim heyəti yüksək səviyyədə hazırlıq işləri görülmüşdür. Festivalda Novruz bayramının atributları-səməni, şəkərbura, paxlava, boyanmış yumurta, tələbələrin bayrama aid çox dəyərli əl işləri nümayiş etdirildi. Festivalda universitetin rektoru professor Yusif Yusibov iştirak etdi. Bütün kollektivə uğurlar arzuladı. Rektor Y.Yusibov, Tədris məsələləri üzrə prorektor Ş.Xurşudov, Humanitar məsələlər üzrə prorektor dos.G.Fətəliyeva, baş müşavir dos.A.Cavadov, fakültənin müəllimləri və s. qrupların hazırladıqları bayram nümunələrinin qarşısında dayanıb, tələbələrin işlərinə dəyərli təhlil verdilər. Sonda münsiflər heyəti tələbələrin işlərini qiymətləndirdi. İşlər biri-birindən geri qalmırdı. Tələbə Həmkarlar İttifaqı tərəfindən qalib qrupların I, II və III yerlərinin hər birinə 3 yer ayrıldı və mükafatlandırıldılar. Musiqi nömrələri bayram şənliyini daha da gözəlləşdirdi. Tələbələr, müəllimlər öz hisslərini oyunları ilə ifa etdilər.