AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı fakültəmizdə 13 və 14 mart tarixlərində ustad dərsi keçdi

 AMEA-nın müxbir üzvü, dünya şöhrətli alim,  kimya elmləri doktoru, GDU-unun Fəxri doktoru, professor Məhəmməd Babanlı “Entropiya fenomeni elmdə və həyatda” mövzusunda ustad dərsi keçib. Ustad dərsində  GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru  Pərvin Kərimzadə, Elm və Təhsil Nazirliyinin Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor İmir Əliyev, fakültəmizin professor-müəllim heyəti, eləcə də tələbələr iştirak etdilər.

Prorektor Pərvin Kərimzadə vaxt ayırıb ali təhsil ocağında ustad dərs  keçdiyinə görə GDU-nun fəxri doktoru Məhəmməd Babanlıya  minnətdarlığını bildirdi. Çıxışdan sonra professor Məhəmməd Babanlının “Entropiya fenomeni elmdə və həyatda” mövzusunda mühazirəsi dinlənilib. Sonda mövzu ətrafında suallar cavablandırılıb.