Ekoklub könüllülər tələbə birliyinin növbəti seminarı keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının nəzdində fəaliyyət göstərən Ekoklub könüllülər tələbə birliyinin növbəti seminarı keçirdi. Seminar “Tullantıların düzgün çeşidlənməsi qaydaları” haqqında idi. Könüllülərimizdən spikerlik edən Ekologiya ixtisasının 2-ci kurs tələbəsi Məmmədli Fidan və yenə Ekologiya ixtisasının 2-ci kurs tələbəsi Cabbarlı Nərmin bu problem üzrə araşdırmalar etmiş, əldə etdikləri bilikləri bizimlə bölüşmüşdürlər. Seminarda Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof.S.Əhmədova, müəllim heyyəti və tələbə-könüllülər iştirak etdilər. Bol sual-cavablı, müzakirəli və qarşıya qoyulan problemin həlli barəsində söhbətlər aparıldı. Sonda belə bir təklif irəli sürüldü və qəbul edildi: universitetdə nəzərdə tutulmuş müəyyən ərazilərdə qutular qoyulacaq ki, bütün tələbə və müəllim heyyəti istifadə edtikləri və yenidən istifadəyə yararsız olan kağızları bayram tətilindən sonra aprel ayının sonuna kimi gətirib ora atacaqlar və onları isə biz yenidən emal zavodlarına təhvil verəcəyik. Və nəhayət sonda isə spiker və moderatorumuz sertifikat ilə təltif edildilər.