

9 aprel 2025-ci il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə hazırlıq işlərinin aparılması. 2. Fakültədə açıq dərslərin tədrisi və müzakirələrin keçirilməsi. 3. Yaz semestri üçün planlaşdırılmış dərs saatlarının icra vəziyyəti. 4. İxtisas kafedralarında buraxılış işi və magistr dissertasiyalarının icrası, dövlət imtahanlarına aparılan hazırlıq işlərinin yekunlaşdırılması. 5. Fakültədə tədris olunan fənlərdən 2024-2025-ci tədris ilinin yaz semestrində imtahanların qəbul olunma formaları haqqında kafedralarda qəbul olunmuş qərar əsasında müzakirənin aparılması. 6. Buraxılış kurs tələbələrinin tədris planlarında VIII-X semestrə planlaşdırılmış təcrübələrin icra vəziyyəti. 7.Professor-müəllim heyətinin seçkisi. 8.Cari məsələlər
