“Kimya ayı” ilə əlaqədar olaraq orta məktəb şagirdləri ilə görüşlər davam edir

Şəhərin və ətraf kəndlərin şagirdlərinin-fakültənin tarixi, inkişaf istiqamətləri, laboratoriyalarda aparılan təcrübələ işlərinin öyrənilməsi prosesi davam etdirilməkdədir. Bu məqsədlə bu gün Samux rayon Qarabağlılar kənd orta məktəbi (Təlim tərbiyə işləri üzrə direktor müavini Yusibov Rövşən və Kimya müəllimi Həsənova Mirvari) və Əhmədbəyli kənd orta məktəblərinin (Kimya müəllimi Həsənova Sevinc) müəllim, şagirdləri fakültəmizdə qonaq oldular.