Yeni Qızılca kənd orta məktəbində “Biologiya və kimya insanda və həyatda” mövzusunda konfrans keçirildi

Kimya-biologiya fakültəsinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri b.e.d. prof. Vəfa Fərman qızı Məmmədova və Kimya kafedrasının müdiri dos. Aynur Teyyub qızı Məmmədova Yeni Qızılca kənd tam orta məktəbində şagirdlər üçün təşkil olunmuş ixtisas seciminə aid konfransda iştirak etmişlər. Konfransın gedişində müəllimələr çıxış edərək Kimya-biologiya fakültəsinin ixtisasları, ixtisas laboratoriyaları və  professor-müəllim heyəti haqqında geniş məlumatlar vermişlər. Universitet haqqında məlumatlar şagirdlər üçün hazırlanmış slaydlarda öz əksini tapmışdır.