Fakültəmizin tələbəsi “İlin Tələbəsi” adına layiq görüldü

Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbəsi, fakültənin fəal gənclərindən biri və universitetdə yaradılmış Ekoklubun təsisçisi Hacıyev Mirfəqan, ictimai və elmi fəallığına, eyni zamanda akademik mühitə verdiyi töhfələrə görə Tələbə Təhsil Mərkəzi MMC tərəfindən “İlin Tələbəsi” fəxri adına layiq görülərək Fəxri Fərmanla təltif edilmişdir. Bu uğur tələbəmizin liderlik bacarıqları və sosial aktivlik sahəsində də fərqləndiyini göstərir. Mirfəqan Hacıyev, qısa zaman ərzində həm fakültəmiz, həm də universitetimiz daxilində müxtəlif layihələrin təşəbbüskarı kimi tanınmış, tələbə-gənclər arasında maarifləndirici təşəbbüslərə imza atmışdır.

Fakültəmizin rəhbərliyi və kollektivi adından tələbəmizi bu mühüm nailiyyət münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar və daha yüksək zirvələr arzulayırıq.