GDU və SDU Ekoklubları arasında Rəsmi Əməkdaşlıq Görüşü Keçirildi!

Ətraf mühitin qorunması və ekoloji təşəbbüslərin gücləndirilməsi istiqamətində Gəncə Dövlət Universiteti (GDU) və Sumqayıt Dövlət Universiteti (SDU) Ekoklubları arasında rəsmi əməkdaşlıq görüşü keçirildi. Görüş Zoom platforması üzərindən onlayn formatda baş tutdu və təxminən 2 saat davam etdi. Tədbirdə aşağıdakı nümayəndələr iştirak etdilər: Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova, baş müəllim Natiqə İsmayılzadə, müəllim Vüsal Musayev, Sumqayıt Dövlət Universiteti – Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri dosent Tünzalə Babayeva, baş müəllim Azadə Əliyevaş Hər iki universitetin tələbə ekoklublarının rəhbər heyəti də tədbirdə aktiv iştirak etdi: GDU Ekoklubunun təsisçisi və sədri – Mirfəqan Hacıyev, GDU Ekoklubunun sədri – Zəhra İsgəndərova, SDU Ekoklubunun təsisçisi və sədri – Nilgün Səlimzadə.

Görüş zamanı hər iki klubun keçirdiyi layihələr, ekoloji aksiyalar, təlimlər və seminarlar təqdim olundu. Tərəflər gələcəkdə birgə tədbirlərin təşkili, ortaq layihələrin icrası və təcrübə mübadiləsi kimi istiqamətlərdə razılığa gəldilər. Bu əməkdaşlıq gənclərin ekoloji biliklərinin artırılması, ətraf mühitə daha həssas yanaşmanın formalaşdırılması və davamlı inkişaf məqsədlərinə töhfə vermək baxımından önəmli bir addımdır.

Birlikdə daha yaşıl gələcək üçün!