Samux r. İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbinin şagirdləri fakültədə ekskursiya keçdilər

Samux r. İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbinin şagirdləri müəllimlər Lalə Qasımovanın və Natəvan Mehdiyevanın rəhbərliyi ilə fakültədə ekskursiya keçdilər. Şagirdlər laboratoriya dərslərində iştirak etdilər. Onlara fakültənin tarixi, inkişaf istiqamətləri, laboratoriyalarda aparılan təcrübələrlə bağlı məlumatlar çatdırıldı.