UNEC-in 95 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Elmi-Praktiki Konfrans keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları professor Sevda Əhmədova, b.e.f.d Natiqə İsmayılzadə və Vüsal Musayev 11-12 aprel 2025-ci il tarixlərində UNEC-in  95 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak ediblər. Konfransda bir sıra yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, elmi tədqiqatçılar, ekspertlər və müxtəlif sahənin mütəxəssisləri iştirak etmişdir. Konfransın elmi proqramı çərçivəsində müxtəlif bölmələr üzrə məruzələr dinlənilmiş, innovativ yanaşmalar və tədqiqat nəticələri iştirakçılarla paylaşılmışdır. Fakültəmizin əməkdaşları da bu mötəbər tədbirdə fəal iştirak edərək, elmi məruzələrlə çıxış etdilər və beynəlxalq universitetlərarası elmi əməkdaşlığa töhfə verdilər. Konfrans yüksək səviyyədə təşkil olunmuş, müasir elmi müzakirələr və səmərəli fikir mübadiləsi üçün əlverişli platforma təmin etmişdir. UNEC-in bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi elm və təhsil sahəsində qlobal inteqrasiyaya verilən töhfənin göstəricisidir.

Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova yaradılan şəraitə görə universitetin rektoru prof. Yusif Yusibova öz minnətdarlığını və təşəkkürünü bildirir!