tədris planlarının tərtib olunmasına nəzarət üçün yaradılmış işçi qrupu fəaliyyətini davam etdirir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya şurasının 28 noyabr 2024-cü il tarixli AKSQ-02 nömrəli qərarından irəli gələn tələblərin icrasına uyğun olaraq tədris planlarının tərtib olunmasına nəzarət üçün yaradılmış işçi qrupu fakültədə oldular. İşçi qrupu bütün ixtisasların təhsil proqramları ilə (2020-ci ildə təsdiq olunmuş) tədris planlarının müqayisəli təhlilini apardı. İxtisaslar üzrə fənlərin tədris planlarında yerləşdirilməsi, kreditlərin sayı, hər bir ixtisas üçün kredit sayı tələbinin gözlənilməsi, həftəlik və semestrlər üzrə dərs saatı norması, bütün semestrlər üzrə kredit sayı tələbinin gözlənilməsi, ali məktəb tərəfindən müəyyən edilən seçmə fənlərin kadr hazırlığı imkanlarının inkişafında rolu və s. araşdırıldı. O cümlədən Akkreditasiya Komissiyasının Ekologiya mühəndisliyi ixtisasında 2 seçmə fənnin qismən yaxınlığı, düzəldilməyə ehtiyac olması Akkreditasiya Şurasının qərarı tövsiyyə olunmuşdur. Qeyd olunan məsələ, kafedrada, fakültə elmi şurasında müzakirə olunub. Rektorluğun 01.04.2025-ci il tarixli 5/160 saylı əmri ilə tədris planının (seçmə fənlər üzrə) V blokunda “Sənaye və məişət tullantılarının təkrar emalı” fənni əvəzində “Sənaye istehsalının əsasları” fənninin tədrisi rəsmiləşdirilibdir.