

14 aprel 2025-ci il tarixində dosent Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq qrupunun üzvləri fakültədə oldular. Əməkdaşlar ixtisas və qruplar üzrə dərs cədvəlini götürdülər. Dekanlığın iştirakı ilə iclas oldu. Üzvlər qruplara göndərildi. Onlara müşahidə üçün qeyd blanklar paylanıldı. Üzvlər təhkim olunduqları qruplarda iştirak etdikdən sonra dekanlıqda geniş müzakirə aparıldı. Müzakirənin nəticəsi olaraq qeyd edildi ki, müəllimlərin sillabusu, proqramı və digər lazım olan materialları qaydasında idi. Və son olaraq qiymətləndirmə 8-10 bal səviyyəsində müəyyənləşdirildi.
