“Qurbağanın xarici və daxili quruluşu” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Məmmədova Aytac Yasin qızının Kimya-biologiya müəllimliyi ixtisasının I kursunda Onurğalılar zoologiyası fənnindən (laboratoriya) “Qurbağanın xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirildi. Dərs yüksək səviyyədə təşkil olunmuşdu, sillabus, proqram yerində idi və mövzu təqvim planına uyğun idi. Müəllimə fənnin məzmununa uyğun  ənənəvi  və fəal  təlim metodlarından olan əyanilik  metodu, interaktiv təlim metodlarından istifadə etdi. Ən maraqlı və yadda qalan cəhət o, idi ki, dərs canlı qurbağa üzərində tədris edildi və tələbələr tərəfindən çox maraqla qarşılandı. Müəllimənin geniş və hər tərəfli izahatından sonra təcrübənin aparılmasında tələbələr qurbağanı yararaq onun daxili quruluşunu təhlil edərək dərsdə fəal iştirak etdilər. Mövzu tələ­bə­lər tərəfindən yaxşı mənimsənildi.