“Gəmiricilər dəstəsinin morfoloji xüsusiyyətləri və mühüm növləri” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Lalə Abdullayevanın Biologiya ixtisasının III kursunda Ali məməlilər fənnindən “Gəmiricilər dəstəsinin morfoloji xüsusiyyətləri və mühüm növləri” mövzusunda açıq dərsi keçirildi. Azərbaycanda və dünyada yaşayan gəmiricilərin mühüm növləri, sənaye əhəmiyyətli olanları əsasən vurğulandı. Auditoriya dərsə tam hazır idi və gəmiricilər haqqında müasir elmi məlumatlardan istifadə edilərək dərs interaktiv metodla keçildi. Dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri prof.V.Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Dərsin gedişində dos.L.Abdullayeva keçmiş dərsi tələbələrdən soruçdu və yeni dərsə başladı. Sonda açıq dərs əla qiymətləndirildi.