

2025-2026-cı tədris ilinə hazırlıqla əlaqədar fakültəmizdə ixtisaslar və kurslar üzrə “Ali məktəb tərəfindən müəyyən edilmiş” fənlərin seçimi aparılmışdır. Fənlərin seçiminin gedişində Keyfiyyətin Təminatı Mərkəzinin nümayəndəsi Leyla Şirinova, Əmək bazarının nümayəndəsi Ələkbərov Fədai, kafedra müdirləri, fənn müəllimləri, Humanitar məsələlər üzrə dekan müavini dosent Aslanova Yeganə, tələbə ictimai təşkilatlarının nümayəndələri, tyutorlar (Əbilova Günəş, Ələkbərova Lalə, Məmmədova Elvina) və s. iştirak etmişlər. Hər bir kursda bloklar (semestrlər) üzrə fənlərin seçimində tələbələrə sərbəst seçim imkanı verilmişdir. Onlar öz imzaları ilə bülletenləri təsdiq etmişlər.
