

25-26 aprel 2025-ci il tarixlərində CENN və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə keçirilən “Cənubi Qafqazda Qafqaz Geoparkları Şəbəkəsi” nin Milli Görüşündə Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Zabitə Ələkbərova və baş müəllim b.ü.f.d Natiqə İsmayılzadə universitetimizi uğurla təmsil etdilər. Görüş çərçivəsində Cənubi Qafqaz regionunda geoparkların yaradılması və inkişafı istiqamətində atılacaq addımlar, təbiətin mühafizəsi, geoturizmin təşviqi və əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu. Görüş çərçivəsində yerli və beynəlxalq ekspertlər tərəfindən geopark konsepsiyası, UNESCO Qlobal Geoparklar Şəbəkəsi tələbləri və Cənubi Qafqaz üçün geoparkların potensialı barədə təqdimatlar edildi. Bu görüş regionda təbiətin mühafizəsi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ekoloji şüurun artırılmasına xidmət edir. Əldə olunan bilik və təcrübələr gələcəkdə daha səmərəli fəaliyyətlərimizin əsasını təşkil edəcəkdir. Biz inanırıq ki, belə təşəbbüslər regionumuzun təbii və mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfə verəcəkdir.
–
