“Coğrafi İnformasiya Sistemləri-qlobal miqyaslı informasiya bazası kimi” mövzusunda elmi-praktik seminar keçirildi

Kimya-Biologiya fakültəsində “Coğrafi İnformasiya Sistemləri-qlobal miqyaslı informasiya bazası kimi” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Tədbir universitetin Ekologiya və təbiəti mühafizə kafedrasının təşkilatçılığı ilə baş tutmuşdur. Seminarın təşkilində və yüksək səviyyədə keçirilməsində kafedranın müdiri, prof. Sevda Əhmədovanın əvəzsiz rolu olmuşdur. O, seminar boyunca tələbələrə coğrafi informasiya sistemlərinin əhəmiyyəti, tətbiq sahələri və praktiki istifadəsi barədə geniş məlumat vermiş, bu sahəyə marağın artırılmasına töhfə vermişdir. Seminarda tələbələrin fəallığı müşahidə olunmuş, elmi mövzular ətrafında maraqlı diskussiyalar aparılmışdır. Tədbirin sonunda seminarda bilik və bacarıqları ilə fərqlənən Sevinc Mahmudova, əldə etdiyi nailiyyətlərə görə sertifikatla təltif olunmuşdur. Tədbirin reallaşmasında və uğurla başa çatmasında aşağıdakı şəxslərin dəstəyini qeyd etmək vacibdir:

– Pərvin Kərimzadə – Elm və innovasiyalar üzrə prorektor

– İsfəndiyar Alverdiyev – Kimya-biologiya fakültəsinin dekanı

– Sevda Əhmədova – Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri

– Mirfəqan Hacıyev – Ekoklub sədri