


Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Günay Sadıqovanın təşkilatçılıği ilə fakültədə tədris olunan Biologiyanın Tədrisi Metodikası fəninin tədrisi zamanı Gəncə şəhərinin tarixi o cümlədən Nizami Gəncəvi yaradıcılıği həyatı işıqlandırıldi. Gələcəyin müəllimləri olacaq Kimya və biologiya müəllimliyi ixtisası üçüncü kurs tələbələri gələn qonaqları sevgi ilə qarşıladılar. Ruziyyə xanımın Gəncəyə aid verdiyi suallara həvəslə cavab verərək onun kitablarını hədiyyə olaraq aldılar. Sonra Gulnarə xanımın gətirdiyi video görüntüləri maraqla izləndi.
Dərsin qonaqları Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun Nizami Məqbərə Kompleksi filialının müdiri Gulnarə İsmayılova, Elmlər Akademiyasının Gəncə bölməsinin Humanitar və ədəbiyyat institunun direktoru filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və ekskursiyaçı Hüsniyə Rəhimova idi.
