

Fakültənin Kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Aysu Quluzadənin N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinə “Alkinlər. Asetilen sırası karbohidrogenlər” mövzusunda Kimya fənnindən sınaq dərsi olmuşdur. Dərsdə Kimya kafedrasının baş müəllimi Aygün Zeynalova və fənn müəllimi Çinarə Qulamova iştirak etmişlər. Sınaq dərsi müasir təlim metodlarına uyğun təşkil olunmuşdu.
