universitetin monitorinq qrupu 05.05.2025-ci il tarixdə kimya-biologiya fakültəsində oldu

05 may 2025-ci il tarixində dosent Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq qrupunun üzvləri fakültədə oldular. Əməkdaşlar ixtisas və qruplar üzrə dərslərdə iştirak etdilər. İlk olaraq iclas keçirildi. Üzvlərə blanklar paylanıldı və auditoriyalara təhkim olundular. Qruplarda iştirak etdikdən sonra dekanlıqda geniş müzakirə aparıldı. Müzakirənin nəticəsi olaraq qeyd edildi ki, müəllimlərin sillabusu, proqramı və digər lazım olan materialları qaydasında idi.