“Duzlu şoran torpaqlarda bitən bitkilərin ekoloji xüsusiyyətləri” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Axundova Səbinə Telman qızının  Biologiya  ixtisasının III kurs tələbələrinə “Duzlu şoran torpaqlarda bitən bitkilərin ekoloji xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Botanika kafedrasının müdiri prof.V.S.Novruzov, fəxri prof. M.İ.Həsənov, dos. Z.M.İsmayılova, dos. Y.Aslanova və b.ü.f.d.F.M.İsayeva iştirak edirdilər. Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri-təsdiq edilmiş sillabusu, qrifli fənn proqramı, elektron variantında mühazirə mətni,  əyani vəsaitlərin yerli-yerində olması müəllimin dərsə münasibətindən xəbər verirdi. Prof. M.Həsənov dərsin yaxşı qiymətləndirilməsini təklif etdi.