

Bu günlərdə Botanika kafedrasının professor-müəllim, tədris köməkçi heyəti Füzuli, Cəbrayıl, Zəngilan istiqaməti üzrə elmi ekspedisiyada olmuşlar. Elmi ekspedisiya Universitetin 2023-2025-ci illər üçün təsdiq olunmuş tematik planı əsasında təşkil olunmuşdur. Kollektiv bu rayonlarda erməni işğalçılarının insanlığa sığışmayan vəhşilikləri ilə, dağıdılmış yaşayış evləri, hətta viran qoyulan qəbristanlıqları ilə tanış olmuşlar. Zəngilan rayonu ərazisində yayılan əsas bitki qruplaşmaları üzərində monitorinq aparılmışdır. Hazırda toplanmış məlumatlar təhlil olunur.
Elmi ekspedisiyanın təşkilində şərait yaratdıqları üçün Universitet rəhbərliyinə təşəkkürümüzü bildiririk!
