Göygöl Milli parkı- çöl-tədris təcrübəsi

Kimya və biologiya müəllimliyi və Biologiya müəllimliyi ixtisasları üzrə son kurs tələbələr Göygöl Milli parkında çöl-tədris təcrübəsində olmuşlar. Təcrübənin keçirilməsində Botanika kafedrasının müəllim  heyəti (b.ü.f.d. E.Hüseynova, müəl. G.Quliyeva, M.Ramazanova) və Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllim heyəti (prof. V. Məmmədova, a.e.f.d., b/m  G.Hümbətova və baş laborant S.Əliyeva)  ilə birlikdə Milli parkın direktoru Fuad Quliyev tələbələrlə maraqlı söhbətlər  aparmış, Milli Parkın flora və faunası haqqında ətraflı məlumatlar vermişdir.