ustad dərs-kimyaçı professor Əfsun Sucayev

Fakültəmizin professor, müəllim və tələbələri üçün Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, professor Əfsun Sucayev “Canlı orqanizmlərin patoloji proseslərinə qarşı yaradılan yeni nəsil enzim-izoenzim inhibitorları” mövzusunda ustad dərsi keçdi. İlk olaraq dekan İsfəndiyar Alverdiyev qonağı salamlayıb və bu cür dərslərin keçirilməsinin fakültənin professor, müəllim və tələbələri üçün vacibliyini vurğulayıb. O, qeyd edib ki, ustad dərs müasir təbabətin aktual problemləri və onların həlli yolları istiqamətində son 10 ildə beynəlxalq səviyyədə aparılan müştərək beynəlxalq və əldə olunan mühüm nəticələrə həsr olunub.

Professor Əfsun Sucayev çıxışında bildirib ki, əgər google axtarış sistemində  “Canlı orqanizmlərin patoloji proseslərinə qarşı yaradılan yeni nəsil enzim-izoenzim inhibitorları” mövzusu axtarışa verilsə, hər beş məqalədən biri bu elmi istiqamətdə aparılan tədqiqatların nəticələrinə həsr olunduğunu görə bilərsiz. O, həmçinin nəzərə çatdırmışdır ki, dərman potensialına malik inhibitorları zərif üzvi sintezdə mühüm əhəmiyyət kəsb edən birmərhələli üç komponentli reaksiyalarla alınmış, sonra onların ayrı-ayrı patoloji proseslərə qarşı inhibitor fəallıqları in vitro, in vivo çalışmalarla incələnibdir.

     Tədbirdə həmçinin mövzu ilə bağlı iştirakçıların sualları  cavablandırıldı.