


19 iyun 2025-ci il tarixində prof. Sevda Əhmədova tərəfindən zoom metting vasitəsilə Özbəkistan Dövlət Universitetində bir saat müddətində “İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyəti və bərpa işləri” mövzusunda ustad dərsi keçilmişdir. Dərsdə mövzuya dair suallar ünvanlandı və hər bir sual cavablandırıldı. Dərs maraqlı təqdimatlarla yadda qaldı. Sonda qarşı tərəf keçilən dərsə görə minnətdarlıq etdi və gələcəkdə birgə elmi və tədris əlaqələrinin qurulmasının bünövrəsi qoyuldu.
