UNİVERSİTETİN ƏMƏKDAŞLARI BEYNƏLXALQ ŞUŞA KONFRANSINDA

Bu günlərdə fakültəmizin əməkdaşları “Süni intelekt daha yaxşı gələcək üçün” mövzusunda Beynəlxalq Şuşa konfransında iştirak etmişlər. Konfrans Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2025 ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “2025-2028-ci illər üçün Süni İntelekt Strategiyası”-nın praktikaya tətbiqi ilə əlaqədar təşki olunmuşdur. Konfransın əhatə dairəsi çox geniş olmuşdur. Beynəlxalq Ekoenergetika  Akademiyası, 100-dən çox yerli və xarici universitetlərin  professor-müəllim heyəti, müəllimlər, siyasətçilər, həkimlər, hüquqşünaslar və s.müxtəlif peşə sahibləri iştirak etmişlər. Tədbirdə süni intelektin tətbiqi ilə  bağlı 40-dan çox təqdimat dinlənilib. Plenar iclasda AMEA-nın müxbir üzvü, prof.V.Novruzov, bölmələrdə prof.S.Əhmədova, prof.A.Bayramova, prof.V.Məmmədova, dos.T.Rüstəmova, dos.Y.Aslanova, dos.R.Quliyeva, b.ü.f.d F.İsayeva, dos.G.Hümbətova və s. çıxış etmişlər. Daha sonra Şuşa şəhərinə, Cıdır düzünə, Laçın rayonuna, Xankəndində Qarabağ Universitetinə ekskursiyalar təşkil olunmuşdur.