“Heyvanat aləminin təsnifatı”na həsr olunmuş ustad dərs

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində biologiya elminin aktual mövzularından biri olan “Heyvanat aləminin təsnifatı”na həsr olunmuş ustad dərsi təşkil olunub. Tədbirdə Gəncə Dövlət Universitetinin Kimya-Biologiya fakültəsinin Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Vəfa Fərman qızı Məmmədova iştirak edərək ustad dərsi keçib. Professor Vəfa Məmmədova dərs zamanı heyvanat aləminin inkişaf mərhələləri, sadə formalardan mürəkkəb quruluşlu orqanizmlərə doğru təkamülü və bu orqanizmlərin elmi təsnifatı haqqında ətraflı məlumat verib. O, həmçinin müasir zoologiyanın yanaşmaları və sistematika elminin prinsipləri barədə geniş elmi izahlarla çıxış edib, tələbələrin nəzəri biliklərini praktik nümunələrlə zənginləşdirib. Ustad dərsi tələbələrin böyük marağına səbəb olub, onlar mövzu ətrafında verilən suallarla fəal iştirak edərək dərs prosesinə xüsusi dinamizm qatıblar. Tədbirin sonunda kollec rəhbərliyi professor Vəfa Məmmədovaya təşəkkürünü bildirərək bu cür elmi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.