2024/2025-ci tədris ilinin Yaz imtahan sessiyası davam edir

2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başladı. GDU-da imtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilir. İmtahan sessiyasının keçirilməsi üçün lazımi şərait yaradılıb, bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

  2 iyun 2025-ci il tarixdə rektor Yusif Yusibov  auditoriyalarda imtahan prosesini yaxından izləyib. O, imtahanın gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinləyib. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Universitetdə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib.

Hər il olduğu kimi, bu il də universitetdə imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil olunacaq.

    İmtahan sessiyasının 4 iyul 2025-ci il tarixdə yekunlaşması nəzərdə tutulur.