

GDU tələbələrinin Ekoloji Startap Layihəsi Beynəlxalq Müsabiqədə marağa səbəb oldu. Belə ki, 27 may 2025-ci il tarixində universitetimizin tələbələri Azərbaycan Texniki Universiteti (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universiteti (National University of Sciences and Technology – NUST) tərəfindən birgə təşkil olunan “İnnovativ və Yaradıcı Həllərin Tapılması” (FICS) adlı beynəlxalq startap müsabiqəsində iştirak ediblər. Fakültəmizin tələbələri Nağıyeva Zeynəb, İsgəndərova Zəhra, İsmayılova Nuray, İsmayılova Sücayət və Rəhimli Lətifə ekoloji yönümlü startap layihələri ilə tədbirdə xüsusi maraq doğurublar. Layihə çirkli suların meyvə mənşəli biofermentlərlə təmizlənməsi ideyasına əsaslanaraq, ətraf mühitin qorunmasına dair innovativ yanaşma təqdim edib. Komandaya Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Musayev Vüsal mentor qismində dəstək göstərib. Təqdim edilən layihə və stend həm yerli, həm də xarici iştirakçılar, o cümlədən Pakistan Milli Elm və Texnologiya Universitetinin rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb. Layihənin ekoloji aktuallığı və tətbiq potensialı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
