



26 sentyabr fakültəmizdə “27 sentyabr Anım günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos.G.Fətəliyeva, fakültə dekanı prof.İ.Alverdiyev, kafedra müdirləri və tələbələrimiz iştirak etdilər. Onlar tariximizin ən şərəfli qələbələrindən olan Vətən müharibəsindən geniş bəhs etdilər. Çıxışlarda işğal altında qalan torpaqlarımızın mərd oğullarımız olan şəhidlərimiz və qazilərimiz tərəfindən necə qəhrəmanlıqla azad olunması vurğulandı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər Qələbəyə ruhlandıran şüara çevrildi.
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.
