“Benzol və xassələrinə aid təcrübələr” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Leyli Oktay qızı Namazovanın Üzvi kimya-2 fənnindən Kimya və biologiya müəllimliyi  ixtisasının III kurs tələbələrinə “Benzol və xassələrinə aid təcrübələr” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri dos.A.Məmmədova, b/m.S.Zeynalova, b/m.V.Əliyeva, b/m.Y.Hacıyev və müəl.G.Zeynalova iştirak etdilər. Dərsin gedişində icra olunan təcrübələr maraqlı keçdi. Ona görə ki, müəllim tələbələrin bilavasitə təcrübədə iştirakını təmin edə bilmişdi. Maraq doğuran cəhətlərdən biri də, yekunda müzakirələrdə tələbələrin fəal iştirakı oldu.