“Sinir-əzələ preparatının hazırlanması” mövzusunda laboratoriya məşğələsi keçirildi 

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Aytac Yasin qızı Məmmədovanın Kimya və biologiya müəllimliyi ixtisasının 4 kursunda İnsan və heyvan fiziologiyası fənnindən “Sinir-əzələ preparatının hazırlanması” mövzusunda keçdiyi laboratoriya məşğələsində canlı qurbağa  üzərində sinir-əzələ preparatının hazırlanması, silmə və bükmə reflekslərinin təyini üsulu tələbələr tərəfindən maraqla qarşılanıb, tətbiq edildi. Tələbələr təcrübənin gedişində iştirak etdilər və onların sərbəst çalışması əsas götürüldü.