



Azərbaycan Dəmir Yolları tərəfindən 24 oktyabr 2025-ci il tarixində Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə təşviqat xarakterli layihə həyata keçirildi. Gəncə Dövlət Universitetindən və Azərbaycan Dövlət Aqrar Universitetindən olan 50 tələbə bu marşrut üzrə yaddaqalan bir səyahətə çıxdılar. Tələbələr üçün səyahət boyunca interaktiv müzakirələr, viktorina təşkil olundu və onlara xatirə hədiyyələri təqdim olundu. Viktorinada hər 3 yerin qalibi fakültəmizin tələbələri oldular. Layihə gənclər arasında dəmir yolu nəqliyyatının üstünlüklərinin təbliği, həmçinin regionlararası sosial və mədəni inteqrasiyanın təşviqini nəzərdə tuturdu. Layihənin əsas auditoriyası ali təhsil müəssisələrinin tələbələri oldular. İştirakçılar qeyd olunan tarixdə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qatarla birgə səfər zamanı həm də ekoloji baxımdan üstün nəqliyyat vasitəsi olan qatarla səyahət imkanlarını tanıdılar, motivasiya xarakterli görüşlərdə və təlimdə iştirak etdilər.
