“Atom və ion radiusları, ionlaşma enerjisi, elektrona hərislik, elektromənfilik” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Fəridə Məmmədovanın 27 oktyabr tarixində Kimya müəllimliyi  ixtisasının I kurs tələbələrinə Ümumi kimya fənnindən ”Atom və ion radiusları, ionlaşma enerjisi, elektrona hərislik, elektromənfilik” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri dos. Aynur Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə Fəridə Məmmədova atom və ion radiusları, ionlaşma enerjisi, elektrona hərislik və elektromənfilik elementlərin kimyəvi xüsusiyyətlərindən geniş izah verdi, elektrona hərisliyin atomun elektron qəbul etmə qabiliyyətindən bəhs etdi.