

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosent əvəzi Elnarə Hüseynovanın Biologiya ixtisasının II kursunda “İnsan anatomiyası və fiziologiyası” fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə əyani vəsaitlərdən, tablo və slaydlardan istifadə olundu, həzm sisteminin anatomiyası və fiziologiyası, fermentlərinin funksiyaları, həzm orqanlarının funksiyasının pozulması haqqında məlumat verildi. Tələbələri daha çox maraqlandıran sualların tam izahı verildi. Dərsdə dekan müavini prof. Mirzə Həsənov, kafedra müdiri prof. Vəfa Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Sonda açıq dərs əla qiymətləndirildi.
