
29 oktyabr 2025-ci il tarixində Kimya və biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin sədri Leyla Süleymanova ilə I kurs tələbələrinin görüşü keçirilib. Görüşün əsas məqsədi tələbələri cəmiyyətin fəaliyyəti ilə tanış etmək, elmi yaradıcılığa marağı artırmaq və onları fəal elmi mühitə cəlb etmək olub. Tədbir zamanı tələbələrə Tələbə Elmi Cəmiyyətinin məqsədləri, fəaliyyət istiqamətləri və bu cəmiyyətə üzv olmağın təqdim etdiyi imkanlar haqqında geniş məlumat verilib. Leyla Süleymanova çıxışı zamanı elmi araşdırmaların, layihələrin və beynəlxalq tədbirlərdə iştirakın tələbələrin şəxsi və akademik inkişafında mühüm rol oynadığını vurğulayıb. Görüşdə iştirak edən tələbələr elmi fəaliyyətlərə daha böyük maraq göstərərək gələcəkdə bu sahədə fəal iştirak etmək arzularını bildiriblər. Belə görüşlər tələbələrin elmi potensialını artırmaqla yanaşı, onların sosial və intellektual bacarıqlarının inkişafına da töhfə verir.
